05 noyabr 2024 14:30
296

AMB sədri COP29 zamanı maliyyə sektorunda planlaşdırılan fəaliyyətləri müzakirə edib

Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə növbəti dəfə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” sosial şəbəkəsində paylaşım edib.

“Görüş zamanı bank sektorunun üçüncü rüb üzrə fəaliyyəti, əldə olunan nəticələr və növbəti dövr üzrə hədəflər müzakirə olundu. Ölkədəki makroiqtisadi vəziyyət, son iqtisadi göstəricilər və bunların maliyyə sektoruna təsirləri ilə bağlı fikir mübadiləsi aparıldı, sektor nümayəndələrinin təklifləri dinlənildi.

COP29 zamanı ümumilikdə maliyyə sektorunun qarşısında duran məsələlər, planlaşdırılan fəaliyyət sahələri müzakirə olundu” - deyə paylaşımda qeyd edilib.