“Azərpoçt” MMC-yə məxsus “Postcargo” Qarabağ iqtisadi rayonuna beynəlxalq poçt bağlamalarının çatdırılmasına başlayıb.
“Azərpoçt”dan "İki sahil"ə verilən məlumata görə, hazırda Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən şirkət yaxın vaxtlarda əhatə dairəsini genişləndirərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının digər şəhər və yaşayış məntəqələrində də fəaliyyət göstərməyi planlaşdırır.
Qarabağda yaşayan vətəndaşlarımız www.postcargo.az saytı vasitəsilə Türkiyə, ABŞ və Almaniyanın onlayn alış-veriş platformalarından məhsulları sifariş edə bilərlər.
Vətəndaşlardan çatdırılma məntəqələrini seçərkən Xankəndi Poçt Filialı üçün AZ2600, Füzuli şəhəri üzrə isə AZ1900 indeks kodlarını qeyd etmələri xahiş olunur.
Məlumat üçün bildirək ki, şirkət ölkə boyu fəaliyyət göstərən 1000-dən çox poçt şöbəsi ilə vətəndaşlara əlçatandır.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi