Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək.
“İki sahil” Bişkek Bəyannaməsinə istinadla xəbər verir ki, bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən TDT Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.
Bəyannaməyə əsasən, təşkilat ölkələrinin liderləri 2025-ci ildə rəsmi sammitin Azərbaycanda və qeyri-rəsmi sammitin isə Macarıstanda keçirilməsini təsdiqləyiblər. (Report)
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb