07 oktyabr 2026 00:06
187

Yaponiyanın Keio Universitetinin tələbələri SOCAR-da olub

Yaponiyanın Keio Universitetinin tələbələri Enerji Dialoqu Platforması çərçivəsində SOCAR-ın fəaliyyəti və Azərbaycanın neft-qaz sənayesi ilə tanış olublar.

SOCAR-dan "İki sahil"ə bildirilib ki, görüş zamanı tələbələrə şirkətin fəaliyyəti, əsas biznes istiqamətləri və Azərbaycanın neft-qaz sənayesi barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qonaqlar SOCAR-ın Baş ofisində yerləşən muzeydə şirkətin tarixi ilə tanış olublar. Burada SOCAR-ın fəaliyyəti və enerji sektorunda keçdiyi inkişaf yolu barədə məlumat əldə ediblər.

Səfər çərçivəsində tələbələr SOCAR-ın Karbamid zavodunu da ziyarət ediblər. Onlar müəssisədə istehsal proseslərini yaxından izləyib, zavodun istehsal imkanları və həyata keçirilən layihələr barədə məlumat alıblar.

Görüş və zavoda səfər tələbələrə Azərbaycanın enerji sektorunu, SOCAR-ın fəaliyyət istiqamətlərini və şirkətin istehsal imkanlarını birbaşa tanımaq imkanı yaradıb.

Enerji Dialoqu Platforması çərçivəsində təşkil olunan bu cür görüşlər müxtəlif ölkələrin gəncləri ilə enerji sahəsində fikir və təcrübə mübadiləsinin aparılmasına şərait yaradır.