Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Bakının Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.
“İki sahil” bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-yə istinadla xəbər verir.
Bildirilib ki, içməli suyun verilməsi oktyabrın 7-də səhər saatlarınadək bərpa olunacaq.
Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.
Dövlət ümumi müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər açıqlanıb