Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 41 ölkədən 22 446 aviareys təşkil olunub.
"İki sahil” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5 %) və 3 651 aviareys (19,4 %) çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 6 614 reys. Bu da 1 il əvvələ nisbətən 13,7 % çoxdur.
Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 4 917 uçuş olub ki, bu da illik müqayisədə 3,2 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 2 629 reyslə (+35,5 %) daxil olub.
TOP-10-luğa həmçinin Gürcüstan 1 687 reyslə (+ 27,1 %), Qazaxıstan 730 (+ 7,6 %), Səudiyyə Ərəbistanı 697 (- 11,4 %) , Hindistan 554 (+4 dəfə), Qətər 489 (+ 58,7 %), Özbəkistan 359 (- 29,6 %) və Küveyt 353 reyslə (+ 14,2 %) daxildir.
İndiyə qədər ilk 10-luqda olan İsrail (334 aviareys, +14,7 %) 11-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.
Təkcə oktyabrda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 6 % artaraq 2 101 vahid təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 656 uçuş olub ki, bu da illik müqayisədə 4 % çoxdur.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi