Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 42 ölkəyə 22 268 aviareys təşkil olunub.
"İki sahil” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ölkə (23,5 %) və 3 443 aviareys (18,2 %) çoxdur.
Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 6 520 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 12 % çoxdur.
10 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 4 952 reys olub ki, bu da illik müqayisədə 3,6 % çoxdur.
İlk üçlüyə 2 567 reyslə (+32,3 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 692 (+ 27,2 %), Qazaxıstan 709 (+ 4,5 %) , Səudiyyə Ərəbistanı 702 (- 9,8 %), Hindistan 555 ( + 3,9 dəfə), Qətər 490 (+ 60,1 %), Özbəkistan 360 (+ 44,4 %) və Küveyt 354 (+ 13,8 %) daxil olub.
İndiyə qədər ilk 10-luqda olan İsrail (331 aviareys, + 13,3 %) 11-ci yerə düşüb, bu ölkənin yerinə siyahıya Hindistan daxil olub.
Təkcə oktyabr ayında isə Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 5,9 % artaraq 2 103 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 655 reys təşkil olunub ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 3.3 % çoxdur.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi