Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-polkovnik” ali hərbi rütbəsi
general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova
polkovnik Gündüz Əliş oğlu Əbdülova
polkovnik Azər Əlövsət oğlu Qasımova
“ədliyyə general-mayoru” ali hərbi rütbəsi
ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
Ali Məclisin növbədənkənar sessiyasının ilk iclasında 3 məsələ müzakirəyə çıxarılıb
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb