İstanbulda ilk dəfə açılan Türkdilli Dövlətlərin Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi (Türk Ticarət Sərgisi) davam edir.
“İki sahil” xəbər verir ki, tədbirin ikinci günündə təşkil olunan “Türk dövlətlərinin iqtisadi gücü və yatırım fürsətləri” mövzusunda panel iclasda Azərbaycanın bu istiqamətdə irəli sürdüyü imkanlar haqqında geniş məlumat verilib.
Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin rəhbəri Tamerlan Tağıyev paneldə ölkəmizi ticarət və xarici sərmayəçilər üçün yaratdığı imkanlardan bəhs edib.
Xatırladaq ki, Türkiyənin Ticarət Nazirliyinin himayəsində ROK Beynəlxalq Konsaltinq şirkəti tərəfindən, Türk Dövlətləri Təşkilatının Türk Ticarət və Sənaye Palatalar Birliyinin əməkdaşlığı ilə açılan sərginin məqsədi türkdilli dövlətlərin iş adamlarının iqtisadi əlaqələrini daha da inkişaf etdirmək və gücləndirməkdir.
Sərgidə ölkəmiz Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən təmsil edilir.
20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar nümayiş etdirildiyi sərgi bu gün başa çatacaq.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi