Dünyada baş verən hadisələr türk dövlətlərinin və xalqlarının birliyinin möhkəmləndirilməsini vacib amilə çevrilib. Bu siyasətinin Ulu Öndərimiz Heydər Əliyev qoymuşdur. Hər il Onun təşəbbüsü ilə türk dövlətlərinin Zirvə toplantısı keçirilmişdir. Hazırda Onun bu siyasətini Prezident İlham Əliyev çox böyük uğurla həyata keçirir. Prezident İlham Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən birini türk dövlətləri ilə münasibətləri inkişaf etdirmək təşkil edir. Çünki bizi bu xalqlarla birləşdirən çox böyük amillər var. Bura əsasən həm milli dəyərlərimiz , milli ideologiyamız və irsimiz daxildir.
Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkəkdə Türk Dövlətləri təşkilatının ( TDT) 11 -ci Sammiti öz işinə başladı. Prezident İlham Əliyev bu görüşdə çıxış edərək Türk dövlətləri arasında əməkdaşlığın vacibliyini vurğulayıb. Hər sahədə du dövlətlər bir-birini dəstəkləməli , iqtisadi , müdafiə sənayəsi sahələrində əməkdaşlığa mühüm önəm verməlidir.
Sonra Prezident İlham Əliyev 30 il ərzində ermənilərin işğal edilmiş ərazilərdə törətdikləri vəhşiliklərdən də bəhs edib. Sonra hal-hazırda işğaldan azad edilmiş Qarabağda görülən quruculuq işlərindən Zirvə toplantısı iştirakçılarını məlumatlandırmışdır. Bu toplantının yekunda Bişkek bəyannaməsi də daxil olmaqla 16 sənəd imzalanıb.
Bişkekin 2025- ci ilin Türk dünyasının rəqəmsal paytaxtı elan edilməsi , TDT -nin yeni bəyannaməsini qəbul edilməsi , 2025 -ci ildə TDT -nin rəsmi sammitinin Azərbaycanda , qeyri-rəsmi sammitinin Macarıstanda keçirilməsi bu sənəddə öz təsdiqini tapıb.
Sevda Bağırova,
56 nömrəli tam orta məktəbin Tarix müəllimi