Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
“İki sahil” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Azərbaycanın Efiopiyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.
Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP VIII qurultayının çağırışları müzakirə olundu
Azərbaycan “Der Spiegel” nəşrinin yazdıqları ilə bağlı Almaniyaya etiraz bildirib