Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Anqola Respublikasının vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən “İki sahil”ə bildiriblər ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un əhəmiyyəti vurğulandı. Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirildi.
Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olundu.
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb
Ceyhun Bayramov Almaniya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Deputat: Son illərdə Azərbaycanın türk dünyasında oynadığı rol nəzərəçarpacaq dərəcədə artıb