Azərbaycan və San-Tome və Prinsipi arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları və potensial sahələrdə fəaliyyətin əlaqələndirilməsi barədə müzakirələr aparılıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında tazıb.
Nazir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çərçivəsində San-Tome və Prinsipinin ətraf mühit naziri Nilda da Mata ilə görüşüb.
“Görüşdə iqlim fəaliyyətinin səmərəliliyinin artırılmasında iqtisadi alətlərin əhəmiyyəti, ölkələrimiz arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları və potensial sahələrdə fəaliyyətin əlaqələndirilməsi barədə danışdıq”, - deyə M. Cabbarov qeyd edib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir