12 noyabr 2024 00:24
151

Məşhur futbolçu karyerasını başa vurdu

Fransa millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Bafetimbi Qomis futbolçu karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, 39 yaşlı hücumçu bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.

"Sent-Etyen"in yetirməsi olan Qomis "Trua", "Lion", "Suonsi", "Marsel", "Qalatasaray", "Əl-Hilal" və "Kavasaki"də çıxış edib. O, karyerası ərzində 795 rəsmi matçda 350 qol və 75 məhsuldar ötürmə edib.  

Qomis Türkiyə Superliqası (2), Fransa kuboku (1), Fransa Superkuboku (1), Səudiyyə Ərəbistanı Liqası (3), Səudiyyə Ərəbistanı Kuboku (1), Asiya Çempionlar Liqası (2), Yaponiya kuboku (1), Yaponiya Superkubokunu (1) qazanıb.