“Çox qısa müddət ərzində biz COP29-un həqiqətən vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük”.
“İki sahil” xəbər verir ki, bu sözləri Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən ABŞ Prezidentinin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi deyib. O ümid etdiyini bildirib ki, COP29 artıq qazıntı yanacaqlarından uzaqlamağa başlamağımızı açıq şəkildə ifadə edən Dubay konsensusunda formalaşmış inamın daha da gücləndiriləcəyi bir platformaya çevriləcək: “Ümid edirəm ki, bu, Dubayda qarşıya qoyulan bərpa olunan enerji mənbələrini 3 dəfə artırmaq hədəflərində irəliləyişin olacağı COP tədbiri olacaq. Əminəm ki, dünya vacib ambisiyalar ətrafında birləşərək irəli addımlaya biləcək”.
Ceyhun Bayramov Almaniya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Deputat: Son illərdə Azərbaycanın türk dünyasında oynadığı rol nəzərəçarpacaq dərəcədə artıb