Dünyada təbii fəlakətlərin sayı getdikcə artır.
“İki sahil” xəbər verir ki, bunu Samoanın təbii sərvətlər və ətraf naziri Cedric Şuster Toeolesulusulu noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi hamıya təsir edir:
"İstiləşmə getdikcə artır. Belə olan halda hansı tədbirləri görməliyik ki, belə halların qarşısı alınsın? Nəzərə almaq lazımdır ki, bu hallar ağır nəticəyə səbəb ola bilər".
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir