Dünya liderləri qlobal iqlim böhranı ilə mübarizədə sözdən əmələ keçməlidirlər.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”a Esvatinin Baş naziri Rassel Dlamini bildirib.
"Dünya liderləri təcili tədbirlərin zəruriliyi, iqlim dəyişikliyinin təxirəsalınmazlığı barədə danışırlar. Lakin vəziyyət dəyişmir", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, ədalətli iqlim maliyyələşdirilməsi ən vacib məsələ olaraq qalır.
"Maliyyələşməyə, İtki və Zərər Fonduna çıxış sadələşdirilməlidir. Hazırda vəsaitlərə çıxış əldə etmək üçün həddindən artıq çox vaxt tələb olunur", - R.Dlamini vurğulayıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir