COP29-un plenar iclasında çıxış edən Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş hazırkı iqlim sammitinin Bakıda təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib, burada çoxlu sayda dövlətlərin və iştirakçıların təmsil olunduğunu qeyd edib.
“İki sahil” xəbər verir ki, hökumət başçısı çıxışında Azərbaycan Prezidentinin COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışına istinad edərək, bütün Avropa dövlətlərinin Bakıya öz nümayəndə heyətlərini göndərdiyini vurğulayıb. “Bütün Avropa burada təmsil olunur və bu, iqlim dəyişikliyi mövzusuna çox diqqət yetirildiyinin sübutudur”, -deyə o qeyd edib.
Baş nazir dövlətinin BMT-nin iqlim proqramlarında maliyyə iştirakına sadiqliyini ifadə edib.
Xatırladaq ki, COP29 ərəfəsində bəzi siyasi xadimlər Bakı sammitini boykot etməyə çağırıblar. Lakin onlar heç nəyə nail olmayıblar və gördüyümüz kimi, hətta avropalı siyasətçilər də bu gün öz çıxışlarında bunu dolayısı ilə etiraf edirlər.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir