UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COP29 konfransı çərçivəsində "İqlim dəyişikliyi ilə mübarizə tədbirləri üzrə sağlamlıq arqumenti" adlı birgə tədbir təşkil edib.
“İki sahil” UNICEF-in "X" sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir ki, müzakirələrdə İspaniyanın Baş naziri Pedro Sançes də iştirak edib.
"Tərəqqiyə təhlükə: iqlim dəyişikliyinin uşaqların sağlamlığına və rifahına təsirinə qarşı mübarizə" adlı hesabat təqdim edilib. Hesabatda təcili tədbirlərin görülməsinin vacibliyi vurğulanır.
UNICEF-in icraçı direktorunun müavini Kitti van der Heyden uşaqların iqlim böhranı qarşısında xüsusi həssaslığını qeyd edərək təxirəsalınmaz tədbirlərin görülməsinə çağırıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir