COP kimi qlobal müstəvidə bizə verilən platformanı yüksək qiymətləndiririk, çünki bunun sayəsində biz öz problemlərimizi qlobal arenada səsləndirə bilirik. Beynəlxalq miqyasda həmfikir millətlərlə əməkdaşlıq etmək Malayziya üçün yeni imkanlar açır.
“İki sahil” xəbər verir ki, bu barədə Malayziya Enerji Komissiyasının baş icraçı direktoru Abdul Razib bin Davud AZƏRTAC-a açıqlamasında deyib. O bildirib ki, COP29-da maraqlı tərəflərin birgə fəaliyyətləri ilə çoxtərəfli və müxtəlif istiqamətli irəliləyişlərin əldə ediləcəyinə ümid edir.
Abdul Razib bin Davud həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya arasındakı "Troyka" missiyasını yüksək qiymətləndirərək, bu missiyanın davam etdirilməsinin vacibliyini qeyd edib. O, iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşdirmənin əhəmiyyətini vurğulayıb və Malayziyanın 2050-ci ilə qədər istixana qazlarının emissiyasını sıfıra endirmək məqsədini qarşısına qoyduğunu və bu məqsədə çatmaq üçün müxtəlif siyasətləri, layihələri və biznes fəaliyyətlərini həyata keçirdiyini bildirib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir