COP29 çərçivəsində “Schneider Electric” şirkətinin Beynəlxalq əməliyyatlar üzrə icraçı vitse-prezidenti Maniş Pant, şirkətin Türkiyə və Mərkəzi Asiya üzrə prezidenti İsmayıl Yamangil bu gün “AzərEnerji” ASC-nin “yaşıl zona”da yerləşən pavilyonunda olublar.
“İki sahil” xəbər verir ki, daha sonra qonaqların “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə görüşü olub.
Görüşdə mövcud əlaqələr və perspektiv layihələr ətrafında müzakirələr aparılıb.
Görüşün sonunda “Schneider Electric” və “AzərEnerji” ASC arasında bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası, enerji monitorinqi, planlaşdırma və digər sahələri əhatə edən anlaşma memorandumu imzalanıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir