COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə "İki sahil"ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıblar.
Nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq. Bu sənəd tərəflər arasında ötən il Naxçıvanda ümumi gücü 500 MVt olan bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığın genişləndirilməsinə xidmət edir.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir