Türkiyənin müdafiə naziri Azərbaycana gələcək

28 oktyabr 2017 18:47
787

Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli Azərbaycana gələcək.

Bu barədə Trend-ə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, N.Canikli oktyabrın 31-də Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək.

Qeyd edək ki, Şuranın 5-ci toplantısı Bakıda ötən ilin martın 15-də keçirilib.