03 dekabr 2024 09:04
407

FHN: Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

“İki sahil” xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.

Əlavə məlumat veriləcək.