“İki sahil” xəbər verir ki, bu barədə SOCAR rəsmi "X" səhifəsində paylaşım edib.
Paylaşımda qeyd olunur:
"4 dekabr 2015-ci il tarixində "Günəşli" yatağının 10 saylı dəniz özülündə və "Neft Daşları" NQÇİ-nin "501 A" saylı meydançasında təbii fəlakət nəticəsində baş verən qəzada həlak olan neftçi həmkarlarımızın əziz xatirəsini ehtiramla yad edir, Allahdan rəhmət diləyirik!"
Qeyd edək ki, bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunub.
Britaniyada parlamentə tarixdə ən çox namizədin qatıldığı əlavə seçkilər başlayıb
Paşinyan dəmir yolu konsessiyasının hissə-hissə satılması imkanını istisna etməyib