13 avqust 2026 13:30
80

Polşa antiballistik koalisiyaya qoşulmaq niyyətində olduğunu bəyan edib

Polşa "antiballistik koalisiya" adlanan təşəbbüsdə iştirak etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə respublikanın milli müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çernetska RMF FM radiosunun efirində bildirib.

"RIA Novosti" onun sözlərini sitat gətirib: "Bu gün, saat 11:00 radələrində Polşanın silah istehsalı şirkətlərinin görüşü keçiriləcək — bu, antiballistik koalisiyaya olası qoşulmaya hazırlıq xarakteri daşıyır".

Müdafiə nazirinin müavininin sözlərinə görə, bu prosesi şəxsən respublikanın Baş naziri Donald Tusk təşəbbüs edib.

Qeyd edək ki, iyun ayında Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkəsinin "antiballistik koalisiya"da iştirak etmək imkanına malik olmadığını iddia etmişdi.