05 dekabr 2024 12:06
299

Ətraf mühitin mühafizəsi istiqamətində müasir yanaşmalar tətbiq olunur - Nazir müavini

Ətraf mühitin mühafizə olunması istiqamətində müasir yanaşmalar tətbiq olunur.

“İki sahil” xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirin müavini Rauf Hacıyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib.

O bildirib ki, hazırda ölkədə yeni iqlim strategiyanın hazırlanması yönündə işlər görülür. İqtisadiyyata keçmə yönündə addımlar atılır.

"Uşaqları iqlim dəyişikliyinin təsirlərindən qorumaq üçün investisiya vacibdir. Gələcəkdə gənclərimiz ekoloji hüquqları prioritet kimi qəbul edəcək. Gənclərin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakı günümüzün ən vacib məsələlərindən biridir",- deyə o əlavə edib.