Bu ilin yanvar-noyabr aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 166 min nəfər və ya 3,33 faiz artıb.
Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, 2024-cü il dekabrın 1-nə uçota alınmış sığortaolunanların sayı 5,15 milyon nəfər təşkil edib.