06 dekabr 2024 22:13
447

Tələbə qəfil vəfat etdi

Milli Aviasiya Akademiyasının tələbəsi qəfil vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə akademiyanın sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Bildirilib ki, “Fizika texnologiyaları” fakültəsinin Elektrik və elektronika mühəndisliyi ixtisasının 2531a qrup tələbəsi Sadiq Səxavət oğlu Xankişiyev dünyasını dəyişib.

Onun hansı səbəbdən vəfat etdiyi qeyd olunmayıb.