08 dekabr 2024 10:53
481

Motosikletçi ağır qəza törətdi

Bakının Xətai rayonunda yol qəzası zamanı gənc oğlan sınıq xəsarətləri alıb.

“İki sahil” xəbər verir ki, hadisə "Ağ Şəhər" ərazisində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Məmmədov Nihad Odtəkin oğlu motosikletə nəzarəti itirirək onu aşırıb.

Nəticədə o bədənin müxtəlif nahiyyələrindən sınıq xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.