“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova qardaş Qazaxıstan və Türkiyədən, eləcə də doğma Kərkükdən (İraq) olan bir qrup aydınla görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə həmçinin Azərbaycandan olan bir qrup tanınmış aydın, vətəndaş cəmiyyəti institutlarının başçıları iştirak ediblər.
İmzası Azərbaycanda, Türk dünyasında yaxşı tanınan aydınlar – Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü, Senatın Beynəlxalq münasibətlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin katibi, akademik Darhan Qydyráli (Qazaxıstan), Türkiyənin tanınmış araşdırmaçı-yazarı, təhlükəsizlik eksperti Abdullah Ağar və Kərkükün, ümumən İraq-Türkman ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi Şemsettin Küzeci ilə görüş, Türk dünyasının yaxın keçmişi, bugünü və gələcəyi ilə bağlı maraqlı mükalimələr, sual-cavablarla davam edib.
RHİMİB-in fəaliyyətinə yaxından bələd olduqlarınl bildirən aydınlar, birliyin öz adına, mandatına uyğun, səmərəli çalışmalarını təqdir edib, RHİMİB timsalında Azərbaycanın bütün konstruktiv mövqeli vətəndaş cəmiyyəti instututlarına yeni uğurlar diləyiblər.
Akademik Darxan Kıdırali öz yeni kitabını Arzu Bağırova üçün imzalayıb.
Həmçinin İntiqam Yaşar Darxan Kıdıraliyə “DGTYB -25” yubiley medalını, Şəmsəddin Kuzəçi isə Aqil Camala Kərkük Kültür Vəqfinin “Fəxri Fərman”ını təqdim edib.
Görüşdə RHİMİB-in sədr müavini Nilufer Letif və koordinator Gülər Kazımova da iştirak ediblər.