09 dekabr 2024 09:37
277

Sumqayıtda 75 yaşlı piyadanı maşın vurub

Sumqayıtda 75 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1949-cu il təvəllüdlü Kifayət Əli qızı Məmmədovanı avtomobil vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.