05 oktyabr 2017 22:02
748

Hərbi topoqrafiya üzrə ekspertlərin görüşü keçirilib

Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirliklərinin hərbi topoqrafiya ekspertlərindən ibarət heyətləri arasında işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrində hərbi topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparılıb.