05 oktyabr 2017 18:34
633

Ermənistan-Rusiya hərbi birliyi yaradılır

Ermənistan parlamenti Rusiya ilə birgə hərbi birliyin yaradılmasına dair müqaviləni ratifikasiya edib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 87 deputat müqavilənin lehinə, 7 parlamentari isə əleyhinə səs verib. 

Xatırladaq ki, Rusiya 2017-ci ilin iyul ayında müqaviləni təsdiqləyib və daxili prosesləri tamamlayıb.