Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 617,8 mln. kVt·st, yəni 80%-dən çox artaraq 3 580,6 mln. kVt·st təşkil edib.
Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, 11 ay ərzində elektrik enerjisi istehsalı iistilik enektrik stansiyalarda 22 351,9 mln. kVt·st, su elektrik stansiyalarda isə 2 780,9 mln. kVt·st, digər mənbələr üzrə isə 799,7 mln. kVt·st təşkil edib.
“Bu dövrdə külək elektrik stansiyalarında 48,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 540,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 211,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib”, - məlumatda qeyd olunur.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri