07 sentyabr 2026 15:40
102

“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb

 

Fan zonalarda uşaqlar və böyüklər üçün müxtəlif interaktiv oyunlar, cüdo kvizi, pazl yarışları, eləcə də foto və selfi guşələri təşkil olunub. Fəaliyyətlərdə iştirak edən ziyarətçilər müxtəlif hədiyyələr qazanır və onlara xüsusi hazırlanmış rəmzi cüdo pasportu təqdim edilir. Burada ölkəmizin ilk cüdo üzrə dünya çempionu Elxan Məmmədovun cüdoqisi də nümayiş olunur.

Proqram çərçivəsində tanınmış cüdoçuların azarkeşlərlə görüşləri və imza mərasimləri də keçirilir. Analoji fan zonalar “Crescent Mall”, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində də fəaliyyət göstərəcək.

Qeyd edək ki, böyüklər arasında dünya çempionatı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq.