Azərbaycan Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış protokola əsasən, Pakistan Milli Müdafiə Universitetinin nümayəndəsi, general-mayor Fayyaz Hüseyn Şahın rəhbərlik etdiyi heyət Bakıda səfərdədir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsi, birgə fəaliyyət sahələrinin müəyyən edilməsi, ikitərəfli əməkdaşlıq və digər məsələlər müzakirə edilib.