Dövlət Gömrük Komitəsi son iki ildə 1 ton 950 kiloqram narkotik vasitə, psixotrop maddələr aşkar edib.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, Komitə cəmiyyətin mühafizəsi sahəsində inzibati və cinayət xarakterli amillərin aradan qaldırılması istiqamətində fəaliyyətini gücləndirib: “2022-2024-cü illər ərzində həyata keçirilən fəaliyyət nəticəsində 1 ton 950 kiloqram narkotik vasitə, psixotrop maddələr aşkar edilib. Üstəlik, təxminən 18 milyon manat ekvivalentində saxta sənədlərin və aksiz markası olmayan malların dövriyyədən çıxarılması təmin edilib".
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır