Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 27 455,9 min ton olub, bu da illik müqayisədə 0,33% artım deməkdir.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə yüklərin 12 612,9 min tonu və ya 45,9%-i dəmir yolu nəqliyyatı, 8 208,2 min tonu və ya 29,9%-i avtomobil nəqliyyatı, 6 634,8 min tonu və ya 24,2%-i dəniz nəqliyyatı ilə daşınıb.
Məlumata görə, hesabat dövründə dəhlizlər vasitəsilə daşınmış yüklərin 57,5%-i və ya 15 799,3 min tonunu tranzit yüklər təşkil edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır