Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 7 932,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz azalıb.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə daşınan yüklərin 48,6%-i neft yükləri təşkil edib.
Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 12 921,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 377,0 min tonunu və ya 80,3%-i tranzit yüklər təşkil edib. 2024-cü il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 591,3 min ton olub.
“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artaraq 26 min nəfər olub”, - məlumatda qeyd olunur.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır