2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kafe və restoranların dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,3% artaraq 2 milyard 93,7 milyon manat olub.
Bu barədə “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 faizi hüquq şəxslərin, 48,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 13,8 faiz artaraq 1061,4 milyon manat olub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır