2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 67,4 milyard manat təşkil edib.
"İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2023- cü ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,8% artıb. Onun 80 faizini pərakəndə ticarət dövriyyəsi, 16,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,7 faiz artaraq 64,7 milyard manata bərabər olmuş, onun 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub