2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 241 milyon 94 min ABŞ dolları dəyərində 1 milyon 117 min 277 ton buğda idxal edilib.
"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2% və ya 22.3 min ton çox, məbləğ baxımından isə 15% və ya 42.3 milyon ABŞ dolları azdır.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1.28%-nə bərabər olub.
Qeyd edək ki, 2024-cü ilin 11 ayında ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.6% azalaraq 366.8 manat təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycana buğda əsasən Rusiyadan idxal edilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır