Yanvar-noyabr aylarında ölkədən 517 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da ötən illə müqayisədə 41,7 faiz azalma deməkdir.
Bu barədə "İki sahil"ə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Qeyd olunub ki, ixrac olunan məhsulların dəyəri 322 milyon dollardan çoxdur.
Xatırladaq ki, ötən ilin müvafiq ayında Azərbaycandan 886,8 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 545,4 milyon dollar olub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır