Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb.
Dövlət Gömrük Komitəsindən (DGK) "İki sahil"ə bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,9 faiz azdır.
Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon dollar ixracın, 18 milyard 771,69 milyon dollar isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 faiz azalıb, idxal isə 18,7 faiz artıb.
Son nəticədə xarici ticarətdə 5 milyard 566,17 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,8 dəfə azdır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır