TƏBİB-in tabeliyinə verilən Bakı Dəmir Yolu Xəstəxanasının işçilərinin tabeli tibb müəssisələrində işlə təmin edilmə prosesi yekunlaşıb.
“İki sahil” xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Səhiyyə İdarəçiləri Zirvəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, işçi məmnunluğunun təmin edilməsi məqsədi ilə Bakı Baş Səhiyyə Mərkəzində çalışan əməkdaşlar yaşayış ünvanlarına yaxın tibb müəssisələrində işlə təmin olunub, yeni yaradılan Ağciyər Xəstəlikləri Mərkəzinin ştat və strukturu formalaşdırılıb.
Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib
Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib