Azərbaycanla Serbiya arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən, enerji üzrə işbirliyinin inkişafı barədə müzakirə aparılıb.
Bu barədə "İki sahil" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyat nazirinin müavini Anar Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya səfər çərçivəsində Belqradda bu ölkənin dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviçlə görüşüb. Görüşdə SOCAR-ın və Serbiyanın müvafiq dövlət şirkətlərinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı bildirilib ki, Azərbaycan Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Ölkələrimiz arasında iqtisadi əlaqələr qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləri əsasında genişlənir. Energetika sahəsi ikitərəfli iqtisadi tərəfdaşlığın gücləndirilməsində önəmli faktordur.
Tərəflər iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məsələləri, o cümlədən, Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının birgə tikintisi imkanları barədə müzakirə aparıblar.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır