Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ötən 21 il ərzində muxtar respublikaya çoxsaylı səfərləri və yüzlərlə müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektlərin açılışında iştirak etməsi də Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsidir.
“İki sahil” xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, qeyd olunan sürətli və sıçrayışlı inkişaf muxtar respublikanın büdcəsinin gəlir və xərclərinin dinamikasında da özünü aydın şəkildə göstərməkdədir. Beləki sn 22 ildə (2003-2024-cü illər) Naxçıvan Muxtar Respublikasının büdcəsinin həcmi 13,2 dəfə artaraq (498,3 milyon manat) 539,3 milyon manata çatıb. Bununla yanaşı, muxtar respublikanın büdcəsinin öz gəlirləri 16,5 dəfə artaraq (190,5 milyon manat) 202,8 milyon manata yüksəlib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır