Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 64 milyon 819.01 min ABŞ dolları dəyərində 261.93 ton poçt göndərişləri olub.
"İki sahil" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8 milyon 877 min ABŞ dolları (12,04%), həcm baxımından isə 31.23 ton (10,6%) azdır.
11 ay ərzində Azərbaycana xarici ölkələrdən 62 milyon 110.43 min ABŞ dolları dəyərində 255.64 ton poçt göndərişi gətirilib ki, bu da 1 il əvvələ nisbətən dəyər ifadəsində 8 milyon 132.23 min ABŞ dolları (11,6%), həcm ifadəsində isə 29.16 ton 10,2% azdır.
Hesabat dövründə Azərbaycandan xaricə isə 2 milyon 708.57 min ABŞ dolları dəyərində 6.28 ton poçt göndərişi ixrac edilib ki, bu da illik müqayisədə dəyər ifadəsində 745.61 min ABŞ dolları (21,6%), 2.08 ton 24,9% azdır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır