Bu ilin yanvar-noyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 788 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
“İki sahil" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 % çoxdur.
Təkcə noyabrda isə 78 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 8,3 % çoxdur.
2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci illə müqayisədə 26 % çoxdur.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır